Azərbaycan turizm mövsümünə necə hazırlaşır? - EKSPERT ŞƏRH ETDİ

"İlin ilk 3 ayı yanvar, fevral, mart ayları keçid aylarıdır. Bu keçid ayları əsasən zəif sezon hesab olunur". Bu sözləri SİA-ya açıqlamasında turizm üzrə ekspert Cabir Dövlətzadə deyib.

Onun sözlərinə görə, ortada mart ayı var ki, həmin ayda Ramazanla Novruz bayramlarının üst-üstə düşməsi mart ayında ciddi bir inkişaf olmayacağını göstərir: "Çünki əsasən dini turizmlə əlaqədar bizə gələn müştərilərin sayısı azalır. Onlar daha çox öz ölkələrində qalaraq ibadətlərini icra edirlər. Daha çox isə həmin turistlər ölkəmizə aprel ayında üz tuturlar. Yəni ilk 3 ay, giriş ayları zəif sezon kimi dəyərləndirmək olar. Otellərin əsasəndə bu müddət ərzində doluluğu 50%-i keçmir. Mərkəz otellər üçün artıq xarakterik bir haldır. Ölkəmizdə turizm sezonuna isə əsasən aprel ayından sonra hərəkətlənmələr başlayır. Aprel ayı hər zaman giriş ayı kimi adlandırılır. Aprel ayından başlayan sezon isə sentyabr ayının ortalarına qədər davam edir. Hal-hazırda Gürcüstanla sərhədlərin may ayında xüsusəndə dəmiryolu xəttinin yenidən açılması nəzərdə tutulur. Əgər sərhədlər açılarsa təbii ki, Gürcüstandan gələn turistlərdə müəyyən bir inkişaf olacaq. Çünki bilirik ki, pandemiyadan əvvəl dəmiryolu vasitəsi ilə gələn qonaqların ölkəmizdə çoxluğu mövcud idi. Bu isə yenidən inkişaf etdirilə bilər. Xarici ölkələrdən gələn turistlərdən, xüsusən biz aprel ayında həm xristianların, həm də yəhudilərin bayramları var ki, turistlər bu bayramdan istifadə edərək ölkəmizə gələrək istirahət edirlər. Digər aylardan isə ümumi kütləvi turizmin olacağı gözlənilir. Hal-hazırda böyük tədbirlərin vaxtı sentyabr ayından sonraya nəzərdə tutulmuşdur".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə