Azərbaycan manatının nominal effektiv məzənnəsi artıb

Bu il fevralın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 110 bənd təşkil edib. SİA xəbər verir ki, bu, aylıq müqayisədə 0,8 bənd, 2024-cü ilin fevralın 1-nə nisbətən 7,7 bənd çoxdur.

Bu ilin yanvarın 31-nə manatın real effektiv məzənnəsi isə 126 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,9 bənd, 2024-cü ilin fevralın 1-nə nisbətən 4,5 bənd çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə