“Azərkosmos” ixrac gəlirlərini 7 % artırıb

Bu ilin yanvar ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) 1,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. SİA xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın fevral sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 7 % çoxdur.

Yanvarda peyk telekommunikasiya xidmətlərini 36 ölkədən 88 şirkət idxal edib. 1 il əvvələ nisbətən ölkələrin sayı 6 vahid azalıb. Əsas ixrac istiqamətləri Lüksemburq, Böyük Britaniya, Misir, Türkiyə, Rusiya, Tanzaniya və Cənubi Afrika olub.

Hesabat dövründə “Azərkosmos”un ixrac gəlirlərinin onun ümumi gəlirlərindəki payı isə 75 %-dən 69 %-ə düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə