Yevlax şəhərində qazın verilişində fasilə yaranıb

Bu gün Yevlax şəhərinin bir çox hissələrində qazın verilişində fasilə yaranıb. Bu barədə SİA Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, Birliyin Tərtər Regional Qaz İstismar İdarəsinin Yevlax Xidmət Sahəsi tərəfindən Yevlax şəhərini “mavi yanacaq”la təmin edən “Yevlax-1” qazpaylayıcı stansiyasının (QPS) ölçü qovşağında aparılacaq təmir işləri ilə əlaqədar Yevlax şəhər Baxşəli İmanov, Bakı, Kür, Yuris Misirov, Füzuli, Pişəvəri, Nəsrəddin Tusi, Mirzə Sadıq Sadıqcan küçələrində qazın verilişində fasilə yaranıb.

Qeyd edək ki, işlər başa çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə