"Bitcoin"in qiyməti 80 min dollardan aşağı düşüb. SİA xəbər verir ki, "Bitcoin" sonuncu dəfə 2024-cü ilin noyabrında bu həddən aşağı düşüb. Verilən məlumatlardan belə çıxır ki, bir neçə saat ərzində "Bitcoin" təxminən 4 min dollar ucuzlaşıb. Bu yaxınlarda "RizzGo" partnyor şəbəkəsinin baş direktoru və təsisçisi Olqa Qonçarova proqnoz verib ki, mart ayında "Bitcoin" məzənnəsi optimist ssenari üzrə 110-115 min dollar olacaq. Amma qlobal iqtisadiyyatda ticarət qarşıdurması güclənərsə, 85 min dollara düşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə