Ekoloji təmiz nəqliyyat vasitələrinin stimullaşdırılması üzrə altqrupun iclası keçirilir
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyini həyata keçirdiyi “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə” altqrupun 2025-ci il üzrə prioritet vəzifələrə həsr olunan iclası keçirilir. SİA xəbər verir ki, iclasda Komissiyanın Katibliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsinin məsul nümayəndələri və özəl sektorun və biznes assosiasiyalarının təmsilçiləri iştirak edirlər.
Qeyd edək ki, özəl sektor nümayəndələrinin, o cümlədən avtomobil dillerlərinin təmsilçilərinin aktiv iştirakı ilə keçən görüşdə müvafiq çağırışlar və qarşıda duran vəzifələrdən irəli gələrək, praktik təkliflər istiqamətində səmərəli müzakirələr aparılıb və təkliflər irəli sürülüb.
Sonda 2025-ci il üçün Yol Xəritəsinin layihəsinin yekunlaşdırılaraq təsdiq üçün təqdim edilməsi qərara alınıb, eləcə də qarşıda duran vəzifələr üzrə tapşırıqlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə