Dünya bazarlarında neft bahalaşır

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin may müqaviləsinin dəyəri 0,32% artaraq 1 barelə görə 72,3 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprel ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,22% artaraq 1 barelə görə 68,77 ABŞ dollarına bərabər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə