Ötən il Azərbaycanda dövlət qurumlarının adına bənzər 100 saxta domen bloklanıb. SİA-nın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü illə müqayisədə 46 % azdır.

Təkcə IV rübdə 23 saxta domen bloklanıb ki, bu da 2023-cü ilin eyni rübünün göstəricisindən 81 % azdır.

2024-cü ildə Azərbaycanda 64 yeni domen dövlət qurumlarının istifadəsinə verilib. Bu isə 1il əvvələ nisbətən 46 % azdır.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 367 yeni subdomen verilib ki, bu da illik müqayisədə 14 % çoxdur.

Xatırladaq ki, 2023-cü ildə dövlət qurumları 119yeni domen və 323 yeni subdomen alıb. Hesabat dövründə 186 saxta domen aşkarlanaraq bloklanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə