"Regionların sosial-iqtisadi inkişafına dair yeni dövlət proqramı hazırlanacaq" - Əli Əsədov

Azərbaycan hökuməti regionların sosial-iqtisadi inkişafına dair növbəti 5 illik dövlət proqramının hazırlanmasını planlaşdırır. SİA xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenar iclasında 2025-ci ilin dövlət büdcəsi zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib.

O bildirib ki, sənəddə sahibkarlığın inkişafının dəstəklənməsi, kənd yerlərində infrastrukturun inkişafı və məşğulluğun artırılması, turizm potensialının reallaşdırılması tədbirləri nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə