Naxçıvanda Sahibkarlığın İnkişafı Fondu iki yeni bankla əməkdaşlığa başlayıb

Naxçıvanda Sahibkarlığın İnkişafı Fondu iki yeni bankla əməkdaşlığa başlayıb

Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu iki yeni bankla əməkdaşlığa başlayıb. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, müvəkkil bankların siyahısına “AzərTürkBank” ASC və “Bank Respublika” ASC əlavə olunub, onların sayı 3-dən 5-ə çatıb.

Qeyd edək ki, hazırda Sahibkarlığın İnkişafı Fondu Naxçıvanda fəaliyyət göstərən 5 bank və 1 bank olmayan kredit təşkilatı ilə sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə maliyyə dəstəyindən istifadə etməsi üçün əməkdaşlıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə