Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu iki yeni bankla əməkdaşlığa başlayıb. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, müvəkkil bankların siyahısına “AzərTürkBank” ASC və “Bank Respublika” ASC əlavə olunub, onların sayı 3-dən 5-ə çatıb.
Qeyd edək ki, hazırda Sahibkarlığın İnkişafı Fondu Naxçıvanda fəaliyyət göstərən 5 bank və 1 bank olmayan kredit təşkilatı ilə sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə maliyyə dəstəyindən istifadə etməsi üçün əməkdaşlıq edir.