Qızılın qiyməti niyə bahalaşıb? - İQTİSADÇI-EKPSERT DANIŞDI

“Dünyada qızıla olan tələbatın nisbətən artması nəticədə qızılın qiymətindəki artımlara gətirib çıxardır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, tələbatın artmasına səbəb isə ölkələr arasında bilavasitə dolardan imtina etmək cəhdlərin olmasıdır: “Nəticə etibari ilə bu gün dollardan tamamilə imtina etmək heç bir ölkəyə lazım deyil. Lakin bu cəhdin olması müəyyən qədər ölkələri öz ehtiyat valyutalarına saxlamaq üçün alternativ istiqamətlər axtarmağa vadar edir. Yəni etibarlı valyuta olaraq isə qızıldan istifadə olunması bir tendensiya halına alınıb. Əvvəllərdə etibarlılıq baxımından qızıl daha üstün səviyyədə idi. Düşünürəm ki, hazırda da qızıla olan tələbatın bu fonda artması nəticədə qızıl qiymətinə müsbət təsir göstərir. Təkcə. Türkiyə dünya bazarlarında 2023-cü ilin yanvar aylarında 23 ton qızıl idxal edib. Yəni dünya ölkələri öz qızıl ehtiyatlarını artırmağa fokuslanıblar. Bu da nəticə etibari ilə qızılın qiymətinin qalxmasına gətirib çıxardır”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə