“Dune” filminin üçüncü hissəsinin təqdimatı…

...Las Vegasda illik CinemaCon film festivalı davam edir. Proqramın bir hissəsi olaraq, Warner Bros.-un genişmiqyaslı təqdimatı keçirildi və burada "Dune" franşizasının çoxdan gözlənilən üçüncü hissəsi nümayiş olunub.

SİA-nın əldə etdiyi məlumata görə, tədbirdə filmin əsas ulduzları - Timoti Şalame, Zendaya, Ceyson Momoa və başqaları qonaqlar arasında idilər.

Lakin, həmişəki kimi, xüsusi diqqəti cəlb edən Zendaya olub. 29 yaşlı aktrisa qırmızı xalçada yeni Schiaparelli kolleksiyasından “qumlu”, heykəltəraşlıq görünüşündə peyda olub, onun sakit rəngləri və teksturaları "Dune" filminin səhra mənzərələrini xatırladırdı.

Filmin premyerası 18 dekabr 2026-cı ildə planlaşdırılır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə