Sabrina Karpenter “Alisa möcüzələr diyarında” filmində rol alacaq…

…Sabrina Karpenter Luis Kerrolun “Alisa möcüzələr diyarında” əsəri əsasında çəkilmiş yeni müziklda Alisa rolunu oynayacaq.

O, həmçinin filmin prodüserliyini Marc Platt ("Wicked", "La La Land") və "Gossip Girl" və "Pretty Little Liars" filmlərinin yaradıcıları Alloy Entertainment ilə birlikdə edəcək.

Filmin prodüserliyini Universal Pictures şirkəti, ssenarini isə Cennifer Lopezin rol aldığı “Hustlers” kriminal dramı üzərindəki işi ilə tanınan Lorene Scafaria yazacaq.

SİA xəbər verir ki, The Hollywood Reporter mənbələrinə görə, film adaptasiyası ideyası Karpenterin özündən qaynaqlanıb; müğənni konsepsiyasını və lookbook-unu bir il əvvəl studiyaya təqdim edib.

Anna Peresild rol aldığı “Alisa möcüzələr diyarında” filminin adaptasiyası bu yaxınlarda Rusiyada nümayiş etdirilib. Kseniya Monastyrskaya The Blueprint-ə filmin stili barədə danışıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə