Azərbaycanın iki kino ittifaqı birləşib - YENİLƏNİB

Azərbaycanın iki kino ittifaqı birləşib və yeni təşkilatın adı Azərbaycan Kinematoqrafçılar İttifaqı olub. SİA xəbər verir ki, məsələ səsverməyə qoyularaq yekdilliklə qəbul edilib.

Eyni zamanda yeni yaradılan qurumun nizamnaməsi də təsdiq olunub.

Qeyd edək ki, təkcə rejissor Oqtay Mir-Qasım kino ittifaqlarının birləşməsinin əleyhinə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə