“Qarabağ FK - 30 mövsüm səfərdə” sənədli filminin təqdimatı olub

Martın 1-də Heydər Əliyev Mərkəzində “Qarabağ FK - 30 mövsüm səfərdə” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.

SİA xəbər verir ki, mərasimdə hökumət rəsmiləri, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, idman ictimaiyyətinin nümayəndələri və mədəniyyət xadimləri iştirak ediblər.

Filmdə “Qarabağ” futbol klubunun yerli çempionatda və avrokuboklarda uğurlu çıxışı, Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra “İmarət” stadionunun taleyi, “köhlən atlar”ın sabiq futbolçusu, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovdan bəhs olunub.

Mədəniyyət Nazirliyinin, “Salnaməfilm” və “Azərbaycanfilm”in ortaq layihəsi olan dördhissəli filmdə xarici jurnalistlərin və futbolçuların “İmarət” stadionu, “Qarabağ” klubu ilə bağlı hazırladıqları materiallar və onların fikirləri də yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə