“Yatmış su ilk çərşənbədə oyanır, dirilir“ - AYDINLIQ GƏTİRİLDİ

“Novruz bayramının ilk çərşənbəsi Su çərşənbəsi ilə başlanılır və bu çərşənbə müxtəlif bölgələrdə fərqli formalarda adlandırılır. Əslində isə bu məhz əzəl çərşənbədir. Çünki hər şey su ilə başlayır və Novruz bayramını susuz təsəvvür etmək mümkün deyil”. Bu sözləri SİA-ya açıqlamasında Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova deyib.

O bildirib ki, dan yeri söküləndə böyüklərimiz bulaq başına gedər, çərşənbə suyu gətirərdilər: “İllərin sınağından keçən ənənələrdən biri də çərşənbə suyunun bütün evə çilənməsi, insanları arındırmasıdır. Hər kəs suyun üzərindən üç dəfə keçməklə bütün ağrı-acısını, qışdan olan problemlərini suya danışır, suyun onların bütün problemlərini yuyub-apardığına inanırlar. Bütün türk dünyasında su müqəddəsləşib və su ilə ehtiyyatlı davranmaq lazımdır. Bu çərşənbədə evə gətirilən sulardan plov dəmlənilir, həmin sudan istifadə uşaqlara verilir ki, həyatlarında yolları açıq, duru olsun. Yatmış su ilk çərşənbədə oyanır, dirilir. Bu cür diriliş suyu həm də ruzi-bərəkətdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə