Kino: problemə baxış cəhdi - KİNOŞÜNAS FİKİR BİLDİRDİ

“Kino sahəsində olan problemləri yalnız aktyor və ya aktrisa ilə əlaqələndirmək düzgün deyil”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycanın kinorejissoru və kinoşünası Ayaz Salayev deyib.

Onun sözlərinə görə, bədii filmlərin səviyyəsinə diqqət göstərmək lazımdır: “Doğrusu, türk seriallarına baxmadığım üçün onlara tələbatın niyə bu qədər çox olduğunu deyə bilmərəm. Amma bizdə kino sahəsində istər dramaturgiya baxımından, istərsə də mövzu seçimindən tutmuş bədii hissəyə qədər problemlər mövcuddur. Əgər kino sahəsindəki problemlərin həllinə çalışsaq, bütün bunlara kompleks yanaşmalıyıq”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə