"Egil bir çox mədəniyyətlərə xidmət edən bir şəhərdir" - VİDEO

“Diyarbəkir Türkiyənin ən gözəl, ən cəlbedici, tarixi və mədəni izlər daşıyan vilayətlərindən biridir. Bütün dünyada İstanbul, Antalya, İzmir, Ankara bilinir. Diyarbəkir də bu vilayətlər ayarında bir şəhərdir. Ona görə də buranı da tanıtmaq istəyirik”. SİA xəbər verir ki, bu barədə Türkiyənin Diyarbəkir vilayəti Egil şəhərinin meri Volkan Hülür bildirib.

Onun sözlərinə görə, Egil dinlərə və mədəniyyətlərə ev sahibliyi edən böyük bir şəhərdir. Egil də Diyarbəkirin ən gözəl şəhərlərindən biridir: “Hazırda Egilə ildə təxminən 400 min turist gəlir. İnanc turizmi, təbiət turizmi, su idmanları və Egilin tarixini bütün gözəllikləri ilə birlikdə dünyaya təqdim etmək istəyirik. Bunu təkbaşımıza edəcəyimiz üçün vəziyyəti cənab nazirə bildirdik. Hazırda mədəniyyət və turizm nazirimizin təlimatı ilə Mədəniyyət və Turizm Nazirliyi, Egil bələdiyyəsi, Diyarbəkir icra hakimiyyəti ortaq olaraq Egili daha çox tanıtmaq məqsədilə görüşür. Burada gördüyünüz bütün gözəllikləri, tariximizi, mədəniyyətimizi və şahid olduğunuz hər şeyi sizlər də ölkələrinizə qayıtdıqdan sonra insanlarınıza nəql etməyinizi gözləyirik. 2020-ci ildən bəri Egil bələdiyyəsi olaraq Diyarbəkir valiliyinin dəstəklərini almaqla bir çox layihə həyata keçirmişik. Proses Egilin bütün evlərinin ağ rəngə boyanması ilə başladı. Hazırda Egil qalasını bərpa etməyə çalışırıq. Egilin tarixi mədəniyyəti çox dərindir. Şəhəfr 3 böyük dinə və bir çox mədəniyyətə ev sahibliyi edib. Egil Aşşurlardan başlayaraq Romalılar, Səlcuqlular, Osmanlılar və hazırda da Türkiyə Cümhuriyyətinə xidmət edən bir şəhərdir”.

Mer bildirib ki, hazırda Egil bələdiyyəsinin layihələri davam edir, bununla birlikdə nazirliyimizin də çalışmaları başlayıb: “Nazirimizin təlimatı ilə bütün komandalarımız iş üstündədir. Yaxın zamanda illik 1 milyon turist qəbul etməyi hədəfləyirik. Edilən müşahidələr nəticəsində hər il 75 min xarici turistin şəhəri ziyarət etdiyini görürük. Bu gün yerli turistlər çoxluq təşkil edir, xüsusilə inanc turizmində ön plandayıq. Ancaq biz Egilin yalnız bu turizmlə anılmasını istəmirik. Çünki gördüyünüz kimi şəhərin təbiəti, tarixi, mədəniyyəti çox gözəldir. Bizlər də bu səbəblə yalnızca Türkiyədə deyil, beynəlxalq aləmdə Egili tanıtmaq üçün proqramlar həyata keçiririk. Egil nüfuzu hazırda 23 min nəfərdən ibarətdir, şəhərin 30 məhəlləsi mövcuddur. Biz Egili 30 məhəlləsi ilə birlikdə inkişaf etdirməyə çalışırıq. Bu münasibətlə də həyata keçiriləcək bütün çalışmalarımızda qonaqlarımızı gözləyirik”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə