"Bu kimi layihələr təqdimat məqsədlidir, davamlı olacaqlar" - VİDEO

“Bu gün Qazaxıstandan, Qırğızıstandan, Özbəkistandan olan jurnalistlərlə birgə Egilə gəldik. Burada Egil şəhərini tanıdırıq, hətta indi də “Kaya Kilsəsi”ndəyik. Buradan da qalaya çıxacağıq”. Bu barədə SİA-ya açıqlamasında Diyarbəkir turizm şirkətinin bələdçisi Ramazan Çeliktürk deyib.

O bildirib kk, Biraz əvvəl də Dicle barajının olduğu yer ziyarət edilib: “Gölün olduğu tərəfdə də Kaya məzarlarını, tunelləri gördük. Qala 120 metr hündürlükdədir. Tunellərin məqsədi o dövrdə insanların oradan yuxarı qalaya çıxa bilməsi olub. Tək məqsəd çıxış yox, eyni zamanda hansısa hücum anında da qaçış məqsədilə istifadə olub”.

Müsahibimiz bildirib ki, bu proqram 2 gün ərzində həyata keçirilir: “Xaricdən gələn jurnalist dostlara Turizm Nazirliyi və Turizmin İnkişafı Agentliyinin layihələri və dəstəkləri ilə həyata keçirilir. Bu gün 8-ci əsrdə tikilmiş Egil qalasını ziyarət edəcəyik. Daha sonra isə dünyada sadəcə Türkiyənin Egil şəhərinə olan 2 peyğəmbərin məzarının yan-yana olduğu “Peyğəmbərlər təpəsi”nə gedəcəyik. Sabah isə proqramımız Diyarbəkirdə davam edəcək. Əvvəlcə “Zerzevat Kalesi”ni ziyarət edəcək daha sonra şəhər mərkəzinə gedib Diyarbəkir surlarını, “Suriçi” deyilən ərazini, “Ulu Camii”yi, “Hasan Paşa” mehmanxanasını və digər yerlərə ziyarət edəcəyik”.

R.Şeriftürk sonda qeyd edib ki, layihə təqdimat məqsədlidir, davamlı olacaq: “Xüsusilə Turizm Nazirliyinin bölgəyə verdiyi önəmdən dolayı tanıtım layihələrinin davamı gözlənilir”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə