“Azərbaycan mədəniyyətlərarası dialoqa öz töhfəsini verir“ - DEPUTAT DANIŞDI

“Mədəniyyətin inkişafı daim dünyanı narahat edən məsələ olub. Xüsusilə, XVII-XVIII əsrlərdən başlayaraq hər zaman bu məsələ dünyanın böyük mütəfəkkirlərinin müzakirəsində olub. Amma XIX əsrin sonları XX əsrin əvvələrindən mədəniyyət sahəsində beynəlxalq səviyyəli düşüncələr birmənalı olaraq qəbul edib ki, dünyanı xilas edəcək mühüm amillərdən biri də mədəniyyətdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov deyib.

Deputat bildirib ki, dünyada mədəniyyətlərin müxtəlifliyi, biri-birini anlaması problemi var: “Bunun üçün də son dövrlər mədəniyyətlərarası dialoqların müxtəlif formatlarda keçirilməsi çox zəruri məsələdir. Artıq bir çox forumlar Azərbaycanda keçirilir və Azərbaycan mədəniyyətlərarası dialoqa öz töhfəsini verir. Çünki Azərbaycan çox böyük bir mədəniyyətin varisidir.

Mədəniyyətlərin biri-birini anlaması dialoqdan keçir. Buna görə də vaxtaşırı mədəniyyətlərin təması olmalıdır. Buna görə də keçirilən forumlar müxtəlif mədəniyyətlərin biri-birini anlamasına töhfə verir”.

Bütün xəbərlər Facebook səhifəmizdə