Cavanşir Quliyevin əməliyyatı uğurlu keçdi

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin əməliyyatı uğurlu keçib. SİA xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı məlumat verib.

"Cavanşir Quliyevin yaxınlarından xoş xəbər gəldi, əməliyyat uğurla keçib, hər şey yolundadır", - deyə o, qeyd edib.

Qeyd edək ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də səhər saatlarında halı pisləşib və xəstəxanaya yerləşdirilib. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən Cavanşir Quliyevin müalicəsinə dəstək verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə