“Normal insan buna dözə bilməz…”

“Mariupolda 20 gün” filmi Amerika Rejissorlar Gildiyası Mükafatını da aldı

…Rusiyanın 2022-ci ildə Ukraynaya hücumunun ilk günlərindən bəhs edən “Mariupolda 20 gün” sənədli filmi Amerika Rejissorlar Gildiyası Mükafatının qaliblərindən olub. Filmin yaradıcılarından biri Mstislav Çernov isə ən yaxşı sənədli film rejissoru kimi mükafatlandırılıb.

SİA-nın əldə etdiyi məlumata görə, mükafatlandırma mərasimində əsas mükafat “Oppenheimer” filminə görə rejissor Kristofer Nolana verilib.

“Mariupolda 20 gün” filmi rejissor Mstislav Çernov, fotoqraf Yevgeni Maloletka və prodüser Vasilisa Stepanenkodan ibarət “Associated Press” müxbirlərindən ibarət komanda tərəfindən lentə alınıb.

Qrup 20 gün şəhərin mühasirəsində vuruşub və rus qoşunları şəhərə çox yaxınlaşıb bir hissəsini ələ keçirdikdə oranı tərk etmək məcburiyyətində qalmışdı.

Jurnalistlər bu görüntülərin aşkar ediləcəyi təqdirdə, çox güman ki, Rusiya hərbçiləri tərəfindən məhv ediləcəyindən ehtiyat edirdilər.

Qeyd edək ki, “Mariupolda 20 gün” artıq Pulitser mükafatına layiq görülüb. Yanvar ayında film “Sandence” Amerika Müstəqil Film Festivalında Tamaşaçılar Mükafatını qazanıb.

Film ən yaxşı sənədli film nominasiyasında “Oskar” mükafatına namizəd olub.

Yeri gəlmişkən, filmə Rusiyada və digər postsovet ölkələrində Azad Avropa/Azadlıq Radiosu media korporasiyası tərəfindən yaradılmış “Votvot” pulsuz yayım platformasında baxa bilərsiniz.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə