Xalq artisti Firəngiz Şərifovanın 100 illiyi qeyd olunub

Fevralın 10-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq artisti Firəngiz Şərifovanın 100 illiyi münasibətilə "Dəli yığıncağı" tamaşası nümayiş olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, dahi mütəfəkkir Cəlil Məmmədquluzadənin eyniadlı əsəri əsasında hazırlanan tamaşadan əvvəl aktrisanın teatr və kino fəaliyyətindən bəhs edən videoçarx təqdim edilib.

Aktrisanın sənət dostları çıxış edərək milli teatr sənətində Firəngiz Şərifovanın yaratdığı misilsiz rollardan, mənalı həyat yolu və maraqlı yaradıcılıq tarixçəsindən danışaraq, xatirələrini bölüşüblər.

Sonra Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi tamaşa nümayiş olunub. Səhnə əsərində Xalq artisti Yasin Qarayev, Əməkdar artistlər Vahid Əliyev, Şövqi Hüseynov, Nofəl Vəliyev, Elnur Bəhrəmxan, aktyorlar Kərəm Hadızadə, Ədalət Əbdülsəməd, Natiq Fərzəliyev, Rəşad Səfərov, Aygün Fətullayeva, Anar Seyfullayev, Ramiq Nəsirov, Şəbnəm Hüseynova, Vüqar Məmmədəliyev, Elşən Şıxəliyev, Rövşən Abbasov, Könül Əbilova, Elgün Yəhyayev, Tahir İsmayılov, Sənan Kazımov, İlahə Əmirxanova, Fəridə Qurbanova, İmran Qurbanov və Mətləb Abuşov iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə