Mədəniyyət naziri Salyanda vətəndaşları qəbul edəcək

Mədəniyyət naziri Adil Kərimli fevralın 23-də Salyan rayonu Heydər Əliyev Mərkəzində (Ünvan: Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsi, 136) Salyan, Şirvan, Hacıqabul, Biləsuvar və Neftçaladan olan vətəndaşları qəbul edəcək. Nazirlikdən SİA-ya bildirilib ki, vətəndaşlar fevralın 19-dək Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin [email protected] elektron poçt ünvanı və (025) 295-15-82 telefon nömrəsi ilə müraciət etməklə qəbula yazıla bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə