“Müstəqillik dövründən başlayaraq ölkəmizdə hər bir Azərbaycan yazıçısının, incəsənət xadiminin yaradıcılığı millətin sərvəti kimi öyrənilib. Sovet dövründə də bu prosesin müəyyən elementləri var idi. Çünki Azərbaycan xalqı hər zaman öz tarixi mədəniyyət və incəsənətinin qədrini bilib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov deyib.
Deputat bildirib ki, Azərbaycan xalqı öz dilini inkişaf etdirən şəxsiyyətlərinə hər zaman böyük hörmətlə yanaşıb: “Müstəqillik dövründə Ulu Öndər Heydər Əliyevin zəkası, uzaqgörənliyi və vətənpərvərliyi ilə bu sahədə çox ciddi metodoloji işlər görüldü.
Ölkə başçısı İlham Əliyev Məhəmməd Füzulininin anadan olmasının 530 illiyinin keçirilməsi ilə bağlı sərəncam verib. Bizim yadımızdadır ki, Azərbaycanın müstəqilliyinin ilk illərində Ümummilli Lider Heydər Əliyev dahi Füzulinin 500 illik yubileyinin həm UNESCO, həm də TÜRKSOY səviyyəsində çox geniş qeyd olunmasına nail oldu. Halbuki həmin dövrdə ölkənin maddi-iqtisadi vəziyyəti o qədər güclü deyildi. Amma buna baxmayaraq Ulu Öndər yubiley tədbirinin keçirilməsinə nail oldu və həmin dövrdə Füzuli bizi birləşdirdi. Ümumiyyətlə ölkəmizdə Azərbaycanın dəyərli şəxsiyyətlərinin yubileylərinin qeyd olunması çox gözəl bir ənənədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB