TƏCİLİ!!! Azərbaycanın məşhur aktyoru vəfat etdi - FOTO

“Sehrli xalat” filmində baş rolun – Rəşid obrazının ifaçısı Azər Qurbanov vəfat edib. SİA xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin keçmiş işçisi Yusif Şeyxov bildirib.

Onun sözlərinə görə, ömrünün son 30 ilini ABŞ-da yaşayan Azər Qurbanov bir müddət əvvəl ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Allah rəhmət eləsin.

Qeyd edək ki, sovet dövrü uşaqlarının pərəstiş etdiyi aktyor Azər Qurbanov 1992-ci ildən ABŞ-ın Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayırdı.
Aktyor hələ 1957-ci ildə, 7 yaşında ikən "Bir məhəllədən iki nəfər" filmində debüt etmişdi. Sonra "Əcnəbi qız" (1965), "Bizim oynadığımız dənizdə" (1967), ilk sovet-yuqoslav birgə filmi olan "Mavi quş, yolun açıq olsun" (1967) filmlərində rol alıb. Lakin ən yaddaqalan rolu "Sehrli xalat" (1964) filmindəki pioner Rəşid obrazı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə