Nə üçün Azərbaycanda tarixi filmlərə nadir rast gəlinir? - AKTYOR AÇIQLADI
“Tarixi filmlərin çəkilməsi üçün zaman lazımdır. Klassik filmlər çox çətindir, onun məkanından tutmuş geyimlərinə qədər hazır olmalıdır”. Bu barədə SİA-ya açıqlamasında aktyor Rəşad Səfərov deyib.
Onun sözlərinə görə, Azərbaycanda az da olsa klassik filmlər mövcuddur var: “Burada maddiyyat tərəfdən də çətinliklər var. “Babək", "Koroğlu”, “Cavad Xan” kimi filmlərimiz var. “Cavad Xan” filminə dövlət tərəfindən yüksək məbləğdə pul ayrılıb. Əgər əldə sərmayə olsa, bu filmləri ərsəyə gətirib çıxarmaq olar”.
R.Səfərov bildirib ki, tarixi filmlər üçün məkan seçimi də çətindir: “Bunun üçün gərək şəhərcik tikilsin. Tarixi filmlərimiz bu gün rayonlarımızda da çətin olar. Çünki rayonlarımız bu gün müasirlik cəhətdən şəhərlərdən seçilmir. O klassikanı yaratmaq üçün şəhərcik tikilməlidir. Xarici filmlərdə böyük bir şəhərcik tikilir. Bu iş çox çətindir, 1970-ci illərin filmini çəkirsənsə, evin tavanına kimi nəzərə almaq lazımdır. Bu işdə filmin rəssamına çox üstünlük verilir”.
Aktyor sonda qeyd edib ki, nəinki Azərbaycan, bütün dünyanın klassik filmlərini izləyir: “Zövqlər müxtəlifdir təbii ki, amma məncə lazımdır. Bizim gənclərimiz üçün də bu lazımdır. Azərbaycanda bu filmlər üçün kadrlar var, sadəcə, efirdə deyillər. Gördüyümüz aktyorlar var ki, həmişə efirdədirlər. Amma teatrımızda elə insanlar var ki, teatrdan qırağa çıxmırlar. Azərbaycanda seriallar inkişafda deyildi, cənab prezidentimiz tərəfindən məsələyə böyük etimad göstərildi. İndi biz aktyorlar da, rejissorlar da çalışırıq ki, bu etimadı layiqincə doğruldaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB