WADA Bakıda Nigeriya Antidopinq Agentliyinə sanksiya tətbiq edib

Nigeriya Antidopinq Agentliyi Ümumdünya Antidopinq Agentliyinin (WADA) məcəlləsinə uyğunluqdan məhrum edilib. SİA-nın məlumatına görə, bununla bağlı qərarı Bakıda keçirilən WADA-nın Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclasında təşkilatın direktoru Olivye Niggli səsləndirib.

Xatırladaq ki, daha əvvəl WADA-nın İcraiyyə Komitəsi Kolumbiya, Portuqaliya və İsveçin paytaxtları - Boqota, Lissabon və Stokholmda yerləşən laborotoriyaların da akkreditasiyasını ləğv edib.

Qeyd edək ki, Azərbaycan Milli Antidopinq Agentliyi 2016-cı ildə təsis edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə