“Qalatasaray” mərakeşli ulduzu transfer etdi

“Qalatsaray” klubu Hakim Ziyeşi transfer edib. SİA xəbər verir ki, bu barədə idman jurnalisiti Fabrizio Romano özünün “X” hesabında paylaşım edib.

Onun sözlərinə görə, “Qalatasaray” klubu “Çelsi”dən icarə əsasında aldığı Hakim Ziyeşin komandada qalmasını istəyib və tərəflər arasında müqavilə imzalanıb.

Qeyd edək ki, Hakim Ziyeş 2023-cü ilin avqustunda “Çelsi”dən icarə əsasında alınmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə