Hərbçiləri daşıyan avtomobil qəzaya uğrayıb, ölən və yaralananlar var

Türkiyənin Şırnak əyalətinin Silopi rayonunda hərbçiləri aparan avtobusun qəza törədərək aşması nəticəsində 1 əsgər ölüb, 20 əsgər isə yaralanıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, qəza nəticəsində yaralanan türk əsgərləri Silopi, Şırnak və Cizrə xəstəxanalarına yerləşdiriliblər.

Qəzanın başvermə səbəbi barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...