Nizami rayonunda beşmərtəbəli binada yanğın qeydə alınıb

Nizami rayonunda beşmərtəbəli binada yanğın qeydə alınıb. FHN-dən SİA-ya verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 10 m2 sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib. Binanın zirzəmisində olan 1 nəfər müxtəlif yanıq xəsarətləri alıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə