Ötən gün axşam saatlarında Kürdəmirdə qeydə alınan qəzada xəsarət alan yaralılardan biri Gəncə şəhərinə gətirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə şəhər sakini, Cavad Xan küç ev 98 də yaşayan 1989-cu il təvəllüdlü Nağıyev Xəqani Vaqif oğlu bu gün səhər saatlarında Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.

Baş və üz nahiyəsindən ağır xəsarət alan 28 yaşlı gəncin vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, həmin qəzada iki nəfər dünyasını dəyişib. Sərnişindaşıma ilə məşğul olan “Mercedes-Sprinter” markalı mikro avtobus “Kamaz"la toqquşub.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə