Suraxanılılar işıqlı sabaha, uğurlu gələcəyə səs verəcəklər

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatında aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirilib. Görüşdə rayon şöbəsinin təbliğat video-çarxı nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Suraxanı rayon şöbəsinin sədri Vüqar Seyidov 2003-2018-ci illərdə Azərbaycanın Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında möhtəşəm tarixi nailiyyətlər qazandığını vurğulayıb. Qeyd edib ki, dünyada qlobal maliyyə böhranının getdikcə dərinləşməsi ilə müşayiət olunan bir zamanda ölkəmizdə həyata keçirilən siyasi-iqtisadi idarəçilik modeli nəticəsində, bütün sahələrdə uğurlar və yeniliklər əldə edilmişdir. Bu gün Azərbaycanı bütün dünyada demokratik, qüdrətli və öz sözünü deməyə qadir olan ölkə kimi tanıyırlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti, möhkəm iradəsi, ölkəmizdəki ictimai-siyasi sabitlik sayəsində Azərbaycan hər sahədə inkişaf edir. V.Seyidov seçiciləri Azərbaycanın daha da çiçəklənməsi və uğurlu gələcəyi üçün YAP-ın namizədi Cənab İlhamə səs verməyə çağırıb.

Tədbirdə millət vəkilləri Sevinc Fətəliyeva, Ağacan Abıyev, Suraxanı rayon Ağsaqqallar şurasının sədri Arif Babayev, Hüquqşunas Loğman Abdullayev, şəhid anası Saray Quliyeva çıxış edərək, Cənab İlham Əliyevin rəhbərliyi ilə davamlı və dinamik inkişafı, spesifik milli inkişaf modeli ilə tanınan Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayesinin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində böyük nailiyyətlər əldə edildiyini bildiriblər. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində, ölkəmiz getdikcə daha da yeniləşir, iqtisadi islahatları reallaşdıran və innovativ inkişafa yol açan dövlətə çevrilir. Çıxış edənlər seçiciləri partiyanın namizədi Cənab İlham Əliyvə səs verməyə çağırıblar.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə