"Ermənistanın bu dəfə cəzası ağır olacaq" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Ermənistanın Rusiyanın hesabına yaşayıb ona arxa çevirməsi, həm də Qərbə xəyanət etməsi əslində ermənilərin xarakterinə xas olan məsələdir, onların xislətindən doğur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

O bildirib ki, adətən kim onlara qonaqpərvərlik göstərirsə, kim onlara dəstək olursa, həmişə ona qarşı çevrilirlər: "Bu, tarixən də belə olub. Spartak üsyanından bəri axtarsaq, görəcəyik ki, bütün hallarda ermənilər bu və ya digər formada həm ona dəstək olanı, həm də onları dəstəkləyənlərin hamısını satıblar. Rusiyanı satmaqları əslində gözlənilən idi. Çünki ermənilər başqa cür hərəkət edə bilməzdilər. Azərbaycanı iki yerə bölən Rus imperiyası idi, onları Azərbaycana köçürən Rus imperiyasıdır, onlara saxta dövlət verən, ərazisini 9 mindən 29 minə çatdıran yenə Rus imperiyasıdır. Bütün bunların fonunda, təbii ki, onun üzünə ağ olmalı idilər. Bizdə də atalar misalı var: "yetimə deyirlər ki, kimi döyərsən, deyir, mənə çörək verəni". Buna ona görə xəyanət deməyək. Ermənilərin xislətindən doğan bir şeydir. Bu, belə də olmalı idi".

"Qaldı ki, ermənilərin sanksiyalı mallar satmasına, bu da onların xislətindən doğur. Heredotun 7-ci tarix kitabında var ki, qısa müddət ərzində o qədər işlər qarışdırırlar ki, yerli xalqın adət-ənənəsini mənimsəmək kimi işlər bu gün də davam edir. Onları tıkanlı məftilin içinə salırlar ki, yerli əhali ilə görüşə bilməsinlər. Yenə də qadağan olunmuş ərazidən çıxmaq, ara qarışdırmaq, mallar satmaq ermənilərin tarixində bizim eradan əvvəldən başlayır. Ermənilər min illərdir bununla məşğuldur. Ona görə də bu onların düşüncəsinə görə normaldır. Biz türklərə baxmayın, bizdə insanlıq, sədaqət çox yüksək qürur, şərəf sayılır. Ermənilərdə bu yoxdur. Onların etdiyi xəyanət, ikiüzlülük Azərbaycana da edilib. Qarabağda Azərbaycana meydan oxuyan ermənilər indi hansılar ki, yenidən geri qayıtmaq istəyirlər əvvəlki azərbaycanlıların onlara yaratdığı cənnətə, onlar da söyməyə başlayırlar. Onlar üçün bu, həyat tərzidir. Amma Ermənistanın bu dəfə cəzası ağır olacaq.

Dünən Moskvadakı razılaşmada rus sərhədçiləri təkcə Zvarnots hava limanından çıxmır, həm də Ermənistan sərhədlərindən də çıxırlar. Bu o deməkdir ki, Ermənistanı hazırlayırlar. Vaxtilə Azərbaycanda da ordu çıxandan sonra ara qarışdı. Yəqin ki, Ermənistanı da elə bir tale gözləyir. Qərb nə edəcək, onu deyə bilmərəm, amma bütün hallarda gözləyirəm ki, Ermənistanda dövlət çevrilişi ola bilər" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə