"Azərbaycana 100 ölkədən 55 mindən yuxarı qonaq gələcəyi gözlənilir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"COP29-un keçirilməsi böyük beynəlxalq hadisədir". Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Deputat bildirib ki, hətta bir çox siyasi, iqtisadi ekspertlər bu tədbiri BMT-nin baş assambleyasının iclasına bərabər sayırlar: "Azərbaycana təxminən 100 ölkədən 55 mindən yuxarı qonaq gələcəyi gözlənilir. Proqnozlara görə 85 ölkənin rəhbəri gələcək. Dünyada ən tanınmış alimlər, ekspertlər, nəhəng şirkətlər, ekoloji problemlərlə məşğul olan bütün tanınmış insanlar Azərbaycanda olacaqlar. Bu, bir də onu göstərir ki, Azərbaycan onlarla yüksək səviyyədə olan beynəlxalq toplantılar keçirir və gələn qonaqlar bir daha yeniləşən, inkişaf edən, çiçəklənən Azərbaycanı görürlər, onlar böyük təəssüratlarla qayıdırlar, bütün dünyada bunu danışırlar, bölüşürlər.

Bizdə çox maraqlı bir trend var ki, Azərbaycan hansı işə əl qoyursa, o işdə ya birinci, ya üçlükdə, ya da beşlikdə olmalıdır. Azərbaycanda artıq belə bir ənənə var. İstər idman olsun, istər elmi konfranslar, mədəniyyətlə əlaqədar olan beynəlxalq festivallar, transmilli layihələr olsun, bunların hamısı həyata keçirilib və davam edir. Bu, o deməkdir ki, Azərbaycan hakimiyyəti başda cənab Prezident olmaqla çox proqmatik, realistik gələcəyə böyük baxışlarla siyasət qurub, bu siyasəti inkişaf etdirir. Təbii ki, biz hamımız bununla fəxr edirik. Mən öz seçicilərim adından cənab Prezidentə öz minnətdarlığımı bildirirəm. Azərbaycan artıq dünyəvi ölkəyə çevrilib. Bizimlə hesablaşırlar, bizimlə məsləhətləşirlər, bizim sözümüzə qulaq asırlar. Bu, böyük nailiyyətdir. Azərbaycan balaca bir ölkədir, 10 milyondan yuxarı əhalisi var. Amma biz 100 milyonlarla əhalisi olan ölkələrlə görün, necə münasibətlər qururuq.

Cənab Prezident Moskvaya getmişdi. Putinin Azərbaycan Prezidentini qarşılamasının, qeyri-adi, mehriban formada yola salmasının, cənab Prezident İlham Əliyev, Ulu Öndər Heydər Əliyev barəsində çox önəmli sözlər deməsinin şahidi olduq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə