Azərbaycanın pambıq lifi ixracı 81 faiz artıb

Bu ilin birinci rübündə Azərbaycan 56 milyon 610 min ABŞ dolları dəyərində 37 635 ton pambıq lifi ixrac edib. Bu barədə SİA-ya Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 80,8 % və 2,2 dəfə çoxdur.

Hesabat dövründə pambıq lifi ixracı ölkənin ümumi ixracının 0,95 %-ni, qeyri-neft sektoru ixracının isə 8,4 %-ni təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə