Reper Oxxxymiron axtarışa verilib

Rusiya Federasiyasında xarici agent kimi tanınan reper Oxxxymiron (əsl adı Miron Fedorov – A.B.) axtarışa verilib. SİA-nın rus saytlarına istinadən xəbər verir ki, bununla bağlı Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında yer alıb.

Musiqiçiyə qarşı cinayət işi açıldığı, hansı maddə ilə göstərildiyi də qeyd edilir.

Xatırladaq ki, reper 2022-ci ilin noyabrında Rusiya Federasiyasında xarici agent elan edilib.

O, 2022-ci ilin fevralında, xüsusi hərbi əməliyyat başlayandan sonra ölkəni tərk edib. 2023-cü ildə sənətçi qadağan olunmuş mahnı ifa etdiyinə və xarici agent statusunu göstərən qeyd olmadan internetdə yayımladığına görə bir sıra cərimələrə məruz qalıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə