Sel kommunal su ilə qarışdı və vəba xəstəliyi aşkar edildi

ÜST-dən verilən yazılı məlumatda bildirilir ...

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Keniyanın Tana çayı bölgəsində sel sularının içməli və kommunal su ilə qarışması nəticəsində vəba xəstəliyinin aşkar edildiyini açıqlayıb.

ÜST-dən verilən yazılı məlumatda bildirilir: “Şərqi Afrika ölkəsi Keniyada aprel ayından bəri davam edən leysan yağışların səbəb olduğu sellər epidemik xəstəliklər riskini artırıb.

Sel sularının içməli və kommunal sulara qarışması nəticəsində vəba və malyariya kimi epidemik xəstəliklər çoxalıb, ölkə üzrə vəba xəstəliyi aşkar edilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Keniya hökumətinin fövqəladə vəziyyətə müdaxilə səylərini dəstəkləyirik.

Ən qısa zamanda qarşısı alınmazsa, asanlıqla yayıla biləcək epidemiyalarla qarşı-qarşıya qalacağıq.

Riskli bölgələr üçün təxminən 10 min adamı müalicə edə biləcək 20 pnevmoniya dəsti verilib.

Bir milyona yaxın adama təsir edən sel fəlakəti nəticəsində 238 nəfər həyatını itirib.

Ölkədəki ümumi sağlamlıq vəziyyətini yaxından izləyirik.

Keniya Səhiyyə Nazirliyinin katibi Meri Muthoni (Mary Muthoni) paytaxt Nayrobidə səhiyyə işçiləri ilə su təmizləyici məhsullar paylayarkən etdiyi çıxışda deyib: “Epidemik xəstəlik riski təhlükəli səviyyəyə çata bilər. Vaxtında müdaxilə edilmədiyi təqdirdə sudan qaynaqlanan epidemiyalar fəlakətə çevrilər. Qidaların sel suyu ilə çirklənməsi qida təhlükəsizliyi riskini artıra bilər”.

Bütün xəbərlər Facebook səhifəmizdə