Qərb hökmranlıq naminə hər şeyə hazırdır...

...Üstünlüyünü qorumağa çalışan kollektiv Qərb istənilən şərlə sövdələşməyə hazırdır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Minskin mərkəzindəki Qələbə meydanında 9 may şərəfinə keçirilən mərasimdə deyib.

Belarus lideri analoji mənzərənin Böyük Vətən Müharibəsi başlamazdan əvvəl də müşahidə oluna biləcəyini vurğulayıb. İndi isə Lukaşenkonun sözlərinə görə, Üçüncü Reyxin apoloqlarının dəhşətli təcrübəsi artıq Qərbdə öz ardıcıllarını tapıb.

...Bizim dövrümüzün nasistləri artıq çəkmələr və qara köynəklər geyinmirlər, daha incə və zərif hərəkət edirlər.

Lukaşenkonun sözləridir.

Daha əvvəl Belarus lideri dünyanın heç vaxt nüvə müharibəsi astanasına bu qədər yaxın olmadığını deyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə