Meyvələrin tez yetişməsi üçün hansı üsullardan istifadə olunur? - AYDINLIQ GƏTİRİLDİ

“Hazırda satışda olan çiyələk yaz-yay meyvəsidir, yazın əvvəlində yetişdirilməyə başlayır, yaz boyunca və yayın əvvəlində isə tam mövsümüdür". Bu sözləri SİA-ya açıqlamasında qida mühəndisi Fərid Səfərov deyib.

Qida mühəndisi satışda olan çiyələyin insan sağlamlığına vurduğu mənfi cəhətlərindən də bəhs edib: "İndi satışda gördüyümüz çiyələk bizə iki fərqli formada mənfi təsir edir: 1) sağlamlığımıza; 2) cibimizə
Tez yetişməsi və uzun müddət saxlanması üçün böyümə hormonlarından və qatqılardan istifadə olunur, bu sağlamlığımıza birbaşa ziyanlıdır. Mövsümü olmadığı üçün də çox bahadır".

Fərid Səfərov müxtəlif yaş kateqoriyalarından olan insanlara çiyələyin doğru şəkildə qəbul olunması barədə vətəndaşlara məsləhətlər verib: "Bütün meyvə və tərəvəzlərdə olduğu kimi, çiyələyin də gündəlik qəbul norması var. 100 qram çiyələyin kalorisi 32-dir, həddindən artıq istehlak edildikdə bəzi allergik reaksiyalara səbəb ola bilər. Tərkibində yüksək miqdarda kalium və fosfor olduğu üçün böyrək çatışmazlığı olan insanların mütəxəssis həkimə müraciət edərək istehlak etmələri tövsiyə olunur.
Nəzərə alsaq ki, uşaqların orqanizmi daha həssasdır, normadan artıq qəbulu uşaqlar üçün də zərərli hesab olunur. Sağlamlığınızı və büdcənizi qoruyun! Sağlam qidalanaraq sağlam yaşayın!"

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə