Avstriya polisi vəziyyətə müdaxilə edib...

Vyanada əllərində Ukrayna bayraqları olan insanlar Qələbə Günü şərəfinə keçirilən yürüşə mane olmağa çalışıblar

Vyananın mərkəzində Qələbə Günü şərəfinə keçirilən yürüşə Ukrayna bayraqları ilə bir qrup təxribatçı müdaxilə etməyə cəhd göstərib.

Avstriya polisi vəziyyətə müdaxilə edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları polis maşınları ilə sıx sədd çəkiblər.

Daha sonra təxribatçılar yüksək səs-küy salmağa başlayıblar və polis onları etirazçılardan xeyli uzaqlaşdırmaq qərarına gəlib.

Bundan əvvəl İsraildə “Ölməz alay”ın yürüşünün keçirildiyi bildirilirdi. Aksiya Serbiya və Cənubi Koreyada da keçirilib.

Almaniyada isə polis onun iştirakçılarının vahid formada keçməsinə mane olub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə