Beş Həştərxan sakini naməlum maddədən zəhərlənərək ölüb

Həştərxanda mayın 9-na keçən gecə beş nəfər, ehtimal ki, dərmandan zəhərlənərək ölüblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə İstintaq Komitəsi məlumat yayıb.

İdarədən verilən məlumata görə, ölənlərin 18-40 yaşları arasında olub.

Qeyd edək ki, bu gün Həştərxanda daha 14 nəfər naməlum maddələrdən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Onlardan 11-nin vəziyyəti ağır olaraq reanimasiyadadır. Faktla bağlı ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanıb.

Ehtimal ki, söhbət metadondan gedir.

Bunu isə Mash teleqram kanalı yazır.

Qeyd edək ki, ötən ilin sonunda artıq Həştərxanda bu narkotik maddə ilə böyük zəhərlənmə baş verib.

Daha sonra 20-yə yaxın adam xəstəxanalara yerləşdirilib, üç nəfər ölüb.

Rosstat-a görə narkotik istifadəsi nəticəsində ölüm halları 2019-cu ildən bəri durmadan artır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə