Yeraltı hərbi-sənaye obyektlərində satqın aşkar edilib..?

"El Mundo" Ukraynadakı gizli yeraltı fabriklər barədə öyrənib

...Ukraynada yeraltı hərbi-sənaye obyektləri şəbəkəsi qurulur. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “El Mundo” qəzeti mənbələrə istinadən yazır.

Media iddia edir ki, xüsusi hərbi əməliyyatın başlamasından, müdafiə müəssisələri dağıdılandan sonra ukraynalılar yerin altında istehsal müəssisələri tikməli və ya fabrikləri “mənzərə” ilə maskalamalı olublar.

Layihəyə strateji sənaye naziri Aleksandr Kamışin rəhbərlik edib.

KİV-in məlumatına görə, 2023-cü ildə yeraltı istehsalın həcmi üç dəfə artıb və müəssisələr hətta məhsul ixrac etməyə hazırdırlar.

Gizli fabriklərdə döyüş sursatı, bütün növ pilotsuz təyyarələr, “Kozak” zirehli transportyorları, “Neptun” raketləri, tank əleyhinə “Stuqna” raketləri istehsal olunur.

Bunu deyən Kamışin, hazırda sovet tipli silahların istehsal olunduğunu, lakin NATO silahlarının istehsalına yiyələnmək planlarının olduğunu da gizlətməyib.

Qeyd edilməlidir ki, istehsalın yeri sirr olaraq qalsa da...amma bu günlərdə yeraltı müəssisələrdə bir neçə satqının tapıldığı da iddia edilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə