Ukraynaya nüvə zərbəsi Belarus ərazisindən endiriləcək?

...Rusiya və Belarusun həyata keçirdiyi nüvə məşqləri nəticəsində çox güman ki, taktiki nüvə raketləri Ukrayna ərazisini vuracaq.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, bu gün Belarus nüvə təlimlərinin ikinci mərhələsində Rusiyaya qoşulduğu məlum olub.

Bu barədə Rusiya lideri Vladimir Putin bəyan edib.

Onun sözlərinə görə, hər iki ölkənin müdafiə nazirliklərinə və baş qərargahlarına müvafiq tapşırıqlar verilib.

...Bu dəfə onlar üç mərhələdə həyata keçirilir. İkinci mərhələdə belaruslu həmkarlarımız birgə fəaliyyətlərimizə qoşulacaqlar.

Putin deyib bunu.

Qeyd edək ki, Putinin dediklərini Lukaşenko da təsdiqləyib və ölkələr nüvə təlimlərinin birinci mərhələsini ayrıca keçirdiklərini deyib.

...Biz dünən ikinci və üçüncü mərhələləri sinxronlaşdıraq və birlikdə həyata keçirmək qərarı verdik(?).

Bunu isə təbii ki, Lukaşenko bildirib(?).

Onun sözlərinə görə, baş qərargahlar artıq icraata başlayıb. Mayın 6-da Rusiya Müdafiə Nazirliyi bildirib ki, Baş Qərargah Vladimir Putinin tapşırığı ilə Cənub Hərbi Dairəsinin raket birləşmələrinin və Hərbi Dəniz Qüvvələrinin qüvvələrinin yaxın gələcəkdə təlimləri keçirməyə hazırlaşır. ...“Qeyri-strateji nüvə silahlarından istifadə məsələləri” üzərində işləmək planlaşdırılır.

Əlavə olaraq xatırladaq ki, Rusiya 2023-cü ildə taktiki nüvə silahı olan gəmiləri dənizə salıb.

Yeri gəlmişkən, bu Soyuq Müharibədən sonra ilk haldır.

...2022-ci ilin əvvəlindəki əvvəlki iri Rusiya-Belarus təlimləri Rusiyanın Ukraynaya, o cümlədən Belarus ərazisindən genişmiqyaslı hücumuna səbəb oldu. Mümkündür ki, bu birgə nüvə “məşqləri” zamanı taktiki nüvə raketləri Ukrayna ərazisini vura bilər. Amerika və Avropa yardımı çərçivəsində Ukrayna ordusuna silah tədarükünü dayandırmaq üçün zərbələr üçün mümkün yer Ukraynanın qərbidir.

...Və sonda qeyd edək ki, məşhur amerikalı analitik və tarixçi Yuri Felştinski Belarus ərazisindən qonşu ölkələrə hücumların ehtimalı barədə uzun müddətdir xəbərdarlıq edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə