Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib - yeddi polis saxlanılıb

Türkiyənin İzmir şəhərində FETÖ-yə qarşı növbəti əməliyyat keçirilib. SİA xəbər verir ki, bu barədə “Star” məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən səkkiz polis əməkdaşından yeddisi saxlanılıb.

Onlardan birinin yüksək rütbəli polis əməkdaşı olduğu vurğulanıb.

Digər şübhəlinin saxlanılması istiqamətində axtarış davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə