“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

“Scandinavian Airlines” aviaşirkətinin Kopenhagen-Tokio reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.

“Airbus A350” təyyarəsi yerli vaxtla saat 20:56-də Bakı hava limanında uğurla eniş edib.

Sərnişin dərhal təcili tibbi yardım briqadasına təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə