Əməkdaşlıq həm Azərbaycana, həm də Britaniyaya fayda verir - SƏFİR

Azərbaycan və Böyük Britaniya arasında mədəniyyət və təhsil sahəsində əməkdaşlıq hər iki ölkə üçün faydalıdır. SİA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqyus Oldun “X” sosial şəbəkəsində paylaşdığı məlumatda deyilir.

“British Council”ın Azərbaycanda fəaliyyət göstərdiyi 30 ildən artıq dövrdə Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələrin daha da möhkəmləndiyinin şahidi oluruq. Regional direktorun Azərbaycana səfəri bunu bir daha sübut etdi”, - paylaşımda bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə