Kursk yaxınlığındakı yanacaqdoldurma məntəqəsi bombalanıb...

Kursk vilayətindəki yaşayış məntəqələrindən birində yanacaqdoldurma məntəqəsi PUA-nın hücumuna məruz qalıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə regionun qubernatoru Roman Starovoyt Telegram-da məlumat verib.

O qeyd edib ki, fövqəladə hadisə Qluşkovski rayonunun Tetkino kəndində baş verib.

…Ukraynaya məxsus pilotsuz uçan aparat yanacaqdoldurma məntəqəsinə partlayıcı qurğu atıb.

Bunu deyən region rəhbərinin sözlərinə görə, nəticədə yanacaqdoldurma məntəqəsinin yanındakı elektrik yarımstansiyasında yanğın baş verib. Ölən və yaralananlar olmayıb. Hadisə yerinə yanğınsöndürənlər gəlib və yanğını söndürürlər.

Bundan əvvəl, mayın 9-na keçən gecə hava hücumundan müdafiə qüvvələri Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus 3 pilotsuz təyyarəni məhv edib.

Dağıntı və tələfat olmayıb.

Bunu da Roman Starovoyt deyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə