Beş ölkə Rusiyaya qarşı birgə sanksiya tətbiq edir

Beş ölkə Rusiya Federasiyasına qarşı sanksiyaları birgə tətbiq etmək qərarına gəlib.

SİA-nın əldə etdiyi məlumata görə, "Kommersant" Baltikyanı ölkələrin xəbər agentliklərinə istinadən yazır ki, müvafiq sazişi Litva, Latviya, Estoniya, Polşa və Finlandiyanın gömrük rəhbərləri imzalayıblar.

Nəşr vurğulayır ki, söhbət Avropa İttifaqının Rusiya Federasiyası və Belarusa qarşı sanksiyalarını həyata keçirərkən vahid nəzarət tədbirlərinin tətbiqindən gedir.

Saziş bu gün, mayın 9-da Vilnüsdə imzalanıb.

...Litva gömrük rəhbəri Darius Zvironas müqaviləni imzalayarkən qeyd etdiyi kimi, ölkələr Avropada mövcud olan sülhü qorumaq üçün birlikdə çalışmalıdırlar.

Xatırladaq ki, Baltikyanı ölkələr bu ilin yanvarında Rusiya Federasiyası və Belarus vasitəsilə üçüncü ölkələrə ixrac edilən sanksiya mallarına nəzarəti gücləndirmək qərarına gəliblər.

Bu dövlətlərin gömrük idarələri müqavilə bağlayıb.

Və indi ona Polşa və Finlandiya qoşulub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə